Sui-qəsd nəticəsində həlak olan Abe Yaponiyanın ən ali fəxri ordeni ilə təltif olunacaq - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Sui-qəsd nəticəsində həlak olan Abe Yaponiyanın ən ali fəxri ordeni ilə təltif olunacaq

Dünya A- A A+

Yaponiyanın keçmiş Baş naziri, sui-qəsd nəticəsində həlak olmuş Sindzo Abe ölümündən sonra ölkənin ən fəxri ali mükafatı olan “Xrizantem” (“Payız gülü”) ali ordeni ilə təltif olunacaq.

Ednews xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilir ki, bu barədə qərar ölkənin Nazirlər Kabinetinin iyulun 11-də keçirilmiş iclasında verilib.

Qeyd edək ki, 67 yaşlı keçmiş hökumət başçısı S. Abe iyulun 8-də Nara şəhərində seçki təşviqatı çərçivəsində çıxışı zamanı 41 yaşlı Tetsuya Yamaqami tərəfindən silahlı hücuma məruz qalaraq həlak olub.

Hadisəni törədən şəxs tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...