Milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən “Starship” kosmik gəmisini buraxmaq üçün hazırlanmış gücləndirici raket alovlanıb və buraxılış meydançasında partlayıb.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında “Super Heavy” daşıyıcı raket prototipinin sınaqları keçirilib.
Mask "o qədər də yaxşı getmədi" söyləyərək qəzadan gələn zərərin hazırda qiymətləndirilməsi işlərinin aparıldığını mətbuata çatdırıb. Sahibkar aydınlaşdırıb ki, problem “Raptor” mühərriki mürəkkəb aktivləşdirmə ardıcıllığına malik olduğundan mühərrikin fırlanma sınağı zamanı yaranıb.
"Gələcəkdə biz eyni anda 33 mühərriklə sınaqdan çıxmayacağıq" deyə İ.Mask, “Twitter” - də yazıb.
Öz növbəsində, “NASASpaceFlight.com” saytının baş redaktoru Kris Berqin eyni sosial şəbəkədə partlayışdan sonra yanğının söndürüldüyünü bildirib.
Qeyd edək ki, bir gün əvvəl “SpaceX” 46 “Starlink” peyki ilə birlikdə “Falcon” 9 daşıyıcı aparatını kosmosa göndərib. Raket “Vandenberq” Hərbi Hava Qüvvələri bazasındakı meydançadan buraxılıb.