Twitter dünyanın ən varlı adamı İlon Maskı daha əvvəl söz verdiyi satınalma müqaviləsinə əməl etmədiyi üçün məhkəməyə verib.
Ednews xəbər verir ki, həftələrlə davam edən mübahisəli açıqlamalardan sonra Elon Mask cümə günü 44 milyard dollarlıq təklif verdiyi Twitter-i almaqdan vaz keçdiyini bildirib.
“Twitter”in ona saxta və bot hesablarının sayı barədə məlumat verməkdən imtina etdiyini əsas gətirən Mask, razılaşmadan çıxmasının səbəbi kimi bunu göstərib.
Qeyd edək ki, Maskın Twitter ilə alqı-satqı müqaviləsində hər bir səhm üçün 54,20 dollar ödəyəcəyi gözlənilirdi.
Nəzrin Beydiyeva