İlon Mask Gürcüstanda şirkət açdı - ednews.net

9 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

İlon Mask Gürcüstanda şirkət açdı

Dünya A- A A+

Amerikalı sahibkar, mühəndis və milyarder İlon Maska məxsus “Starlink” şirkətinin Gürcüstanda törəməsi təsis olunub.

Ednews xəbər verir ki, təsisçisi “Starlink Holdings Netherlands” şirkəti olan “Starlink Georgia”nın fəaliyyətinə icazənin alınması üçün Gürcüstanın Kommunikasiyaların Tənzimlənməsi üzrə Milli Komissiyasına müraciət edilib.

Tənzimləyici iyunun 29-da təsis olunmuş şirkətin təqdim etdiyi sənədləri iyulun 14-də nəzərdən keçirməyi planlaşdırır.

“Starlink” Gürcüstanda yüksək dağlıq rayonları və indiyədək internetə keyfiyyətli çıxışın təminatının mümkün olmadığı yaşayış məntəqələrini internetlə təchiz etmək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...