Bu şirkət Rusiya bazarından çıxdığını elan etdi - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Bu şirkət Rusiya bazarından çıxdığını elan etdi

Dünya A- A A+

Danimarkanın sənaye, istilik, soyuducu və sürücülük avadanlığı istehsal edən "Danfoss" şirkəti Rusiya və Belarusdakı biznesini satmaq niyyətində olduğunu açıqlayıb.

Ednews xəbər verir ki, bu barədə TASS şirkətin mətbuat xidmətinə istinadən yazır.

“Danfoss" Rusiya və Belarusakı biznesin yerli idarəçiliyə verilməsi haqqında müqavilə imzalayıb. Müqavilə bağlandıqdan sonra "Danfoss" Rusiya və Belarusda fəaliyyət göstərməyəcək”, - məlumatda bildirilir.

Sövdələşmənin 2022-ci ilin sentyabrında bağlanacağı gözlənilir. Bu qərarı şirkət rəhbərliyi tədarük zəncirindəki uğursuzluqlar səbəbindən qəbul edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...