ABŞ prezidenti Co Baydenin səfəri və Körfəz Əməkdaşlıq Şurasının iclasından sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan “Körfəz ölkələri ilə İsrail arasında İran əleyhinə müdafiə ittifaqının yaradılması gündəmdə deyil",-deyə açıqlama verib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Ferhan onu da qeyd edib ki, Səudiyyə Ərəbistanının hava məkanını İsrail təyyarələri üçün açması İsraillə diplomatik əlaqələrin qurulması demək deyil.
O, həmçinin bir müddətdir dilə gətirilən Yaxın Şərqdə NATO kimi hərbi ittifaq qurmaq fikrindən də uzaq olduqlarını ifadə etdi.
Nəzrin Beydiyeva