Avropanı öz təsir dairəsinə alan isti dalğaları yayılmağa davam edir.
Ednews xəbər verir ki, İspaniya və Portuqaliyada 1027 nəfər həyatını itirib.
İngiltərə Sağlamlıq Təhlükəsizliyi Təşkilatı fövqəladə vəziyyət hesab edilən dördüncü səviyyədə həyəcan siqnalı verdiyi üçün ölkədəki məktəblər və sağlamlıq mərkəzləri bağlanıb.
Qeyd edək ki, “Temperatur apokalipsisi” yaşadığını bəyan edən Fransa meşə yanğınları ilə mübarizə aparmağa çalışır.