Ukrayna ordusu Andreyevka yaşayış məntəqəsini azad etdi - ednews.net

7 Avqust,

(+994 50) 229-39-11

Ukrayna ordusu Andreyevka yaşayış məntəqəsini azad etdi

Dünya A- A A+
Ukrayna hərbçiləri cənub xəttində azad edilmiş Andreyevka yaşayış məntəqəsini təmizləyərək 300 atəş həyata keçiriblər.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Cənub” Əməliyyat Komandanlığı yayıb.
 
Mənbə yazır ki, həmçinin 89 rus əsgəri, silah anbarı və texnika məhv edilib.
 
Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya bölmələri Xerson şəhərinin müvəqqəti işğal olunmuş ərazilərinin əsas nəqliyyat arteriyalarına zərbə endirib. 
 
Düşmənin təsdiqlənmiş itkiləri bunlardır: 89 hərbçi, T-62 tankı, Msta-S və Msta-B özüyeriyən haubitsaları, “Sani” minaatan sistemi, 2 ədəd zirehli texnika, 6 avtomobil, Beloqorkada bir sursat anbarı məhv edilib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...