ABŞ strateji ehtiyatlardan neft satışını dayandırmağı planlaşdırır - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

ABŞ strateji ehtiyatlardan neft satışını dayandırmağı planlaşdırır

Dünya A- A A+
ABŞ administrasiyası bu ilin sentyabrından etibarən strateji ehtiyatlardan neft satışını dayandırmağı planlaşdırır.
 
Ednews xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Brayan Diz bildirib.
 
“Bizə özəl sektorun hasilatı təmin etməsi lazımdır. Bizim bu resursumuz var və o, çox vacib rola malikdir, lakin o, daimi həll yolu kimi nəzərdə tutulmayıb”, - o deyib.
 
Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri xatırladıb ki, Prezident Cozef Baydenin mart ayında imzaladığı sərəncamla Energetika Nazirliyi ölkədə benzin qiymətlərini endirmək məqsədilə 180 gün ərzində gündəlik 1 milyon barel neft satışı həyata keçirməlidir.
 
Xatırladaq ki, iyun ayında ABŞ-da benzinin qiyməti tarixi maksimumları yeniləyib və 1 qallon (3,785 litr) üçün 4,81 dollar təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...