Podolyak: “Rusiya Xersonu tərk etməlidir, üçüncü xəbərdarlıq olmayacaq” - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Podolyak: “Rusiya Xersonu tərk etməlidir, üçüncü xəbərdarlıq olmayacaq”

Dünya A- A A+
"Nə qədər ki, imkan var, Rusiya Silahlı Qüvvələri Xersonu tərk etməlidir".
 
Ednews xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak tviterdə paylaşım edib.
 
“Əlbəttə, Antonovski körpüsünü Ukrayna raketlərini vuran Rusiya HHQ-nin vasitəsi adlandıra bilərsiniz, amma reallıqdan qaçmaq mümkün deyil: işğalçılar ya Xersonu tərk etməli, ya da Dnepri üzərək keçməyi öyrənməlidirlər. Üçüncü xəbərdarlıq olmayacaq”, - o yazıb.
 
Xatırladaq ki, iyulun 27-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Xersonda yerləşən Antonovski körpüsünə növbəti dəfə zərbə endirib. Bundan sonra Rusiya tərəfi körpü üzərində hərəkətin dayandırıldığını bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...