Qırğızıstanın Səhiyyə Nazirliyi Batken vilayətinin Kadamçay rayonunda kafedə kütləvi zəhərlənmə hadisəsi baş verdiyini bildirib.
Ednews xəbər verir ki, zəhərlənənlərin yüksək hərarət, ürəkbulanma kimi şikayətlərlə xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
Bu günə olan məlumata görə zəhərlənənlərin sayı 89 nəfərə çatıb. Açıqlamada zəhərlənənlər üzərində laboratoriya müayinələrinin aparıldığı da bildirilib.
Verilən rəsmi məlumata əsasən zəhərlənənlərin “Almaz” adlı kafedə 250 nəfərin iştirakı ilə keçirilən toya qatıldığı öyrənilib.
Toyun menyusunda salatların, ət yeməklərinin olduğu, salatların və ətin toy təşkilatçıları tərəfindən evdə hazırlanaraq kafeyə gətirildiyi bildirilib.