Çin Tayvanla birləşmək üçün hərbi tədbirlər görməyəcəyini bildirdi - ednews.net

15 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Çin Tayvanla birləşmək üçün hərbi tədbirlər görməyəcəyini bildirdi

Dünya A- A A+
Çin Tayvanla sülh yolu ilə birləşmək üçün hər şeyi edəcək, lakin hərbi tədbirlərin tətbiqini istisna etmir.
 
Ednews xəbər verir ki, bu barədə TASS-a Çin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Fu Çun bildirib.
 
Fu Çun deyib ki, Çinin mövqeyi ölkənin ada ilə sülh yolu ilə birləşmək üçün əlindən gələni etməsindən ibarətdir.
 
“Lakin biz hərbi variantdan imtina etmirik”, - Çin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru deyib.
 
O, hərbi ssenarinin mümkünlüyünü onunla izah edib ki, ÇXR “potensial separatçılara qarşı kifayət qədər çəkindirici qüvvəyə malik olmalıdır”.
 
Bundan əvvəl Çin hərbi komandanlığı şərq zonasında Tayvan sahillərində qeyri-nüvə başlığına malik raketləri sınaqdan keçirdiklərini açıqlayıb.
 
Avqustun 2-də Çin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana gəlişinə görə Birləşmiş Ştatların Pekindəki səfirini çağırıb və ona etiraz edib. Çinin xarici işlər nazirinin müavini Se Fen bildirib ki, Pelosi “vahid Çin” prinsipini pozaraq dünyaya meydan oxuyub və qəsdən təxribat törədib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...