ABŞ Senatı inflyasiyanın azaldılması üçün təşəbbüslər paketinə baxmağa başladı - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

ABŞ Senatı inflyasiyanın azaldılması üçün təşəbbüslər paketinə baxmağa başladı

Dünya A- A A+

ABŞ senatorları inflyasiyanın azaldılmasına yönəlmiş təşəbbüslər paketinin müzakirəsinə başlayıblar ki, bu da ölkə ABŞ hakimiyyət orqanları tərəfindən təxminən 400 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutur.

Ednews xəbər verir ki, qanun layihəsi bir sıra tədbirləri, o cümlədən federal büdcə kəsirini və vətəndaşların səhiyyə xərclərini azaltmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəni əhatə edir.

Bundan əlavə, iri korporasiyalar üçün vergi artımı nəzərdə tutulur ki, bu da təklif olunan proqramlar üçün lazım olan vəsaiti qismən təmin etməlidir.

ABŞ hakimiyyəti bütün bunların gələcəkdə ölkədə inflyasiyanın azalmasını təmin edəcəyini gözləyir. Bu addımları dəstəkləyən ABŞ-da hakim Demokratlar Partiyasıdır.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...