Səudiyyə Ərəbistanının tanınmış diplomatı Məhəmməd əl-Qəhtani Misirdə Ərəb-Afrika konfransında çıxış edərkən qəflətən dünyasını dəyişib.
Ednews “Tahiamasr.com”a istinadən xəbər verir ki, o, Qahirədə sərhədçilərin mühafizəsi evində çıxış edərkən huşunu itirib.
Həkimlər diplomatın yanına getsələr də, onu xilas edə bilməyiblər. Məhəmməd əl-Qəhtaninin ölümünə nəyin səbəb olduğu açıqlanmır. Son sözü belə olub:
“Rəbbinə sağlam qəlblə qovuşanlardan başqa heç kəsin dəyəri yoxdur”.
Konfrans saxtakarlığa qarşı mübarizə təşkilatının himayəsi ilə keçirilib. Tədbir diplomatın ölümü ilə əlaqədar ləğv edilib. Əl-Qəhtani çıxışı zamanı Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri və kralları haqqında danışıb.
O, Səudiyyə kralı Salman bin Əbdüləziz Əl Səudu “böyük insan” adlandırıb və qeyd edib ki, onun dövründə ölkənin terrorizm və digər problemlərdən xəbəri yoxdur.