Cinayətkar polisdən gizlənmək üçün özünü oyuncaq ayı kimi göstərdi - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Cinayətkar polisdən gizlənmək üçün özünü oyuncaq ayı kimi göstərdi

Dünya A- A A+

İngiltərədə cinayətkar polisdən gizlənmək üçün özünü oyuncaq ayı kimi göstərsə də, həbs edilib.

Ednews oxu.az-a istinadən xəbər verir ki, Coşua Dobson avtomobil oğurlayıb və axtarışa verilib.

Polis gözlənilməz ziyarətlə onun evinə gəldikdə isə cinayətkar insan ölçüsündəki ayı oyuncağının içərisində gizlənib.

Bununla belə, Coşua diqqətdən yayına bilməyib. Zabitlər oyuncaq ayının nəfəs almağa başladığını görüblər. Nəticədə o, həbs edilib.

Məhkəmə Dobsonu avtomobil oğurladığı və benzinin pulunu ödəmədən yanacaqdoldurma məntəqəsindən qaçdığına görə doqquz ay müddətinə azadlıqdan məhrum edib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...