İstanbulda terror aktı törətmək istəyənlər həbs edildi - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

İstanbulda terror aktı törətmək istəyənlər həbs edildi

Dünya A- A A+
PKK terror təşkilatının rəhbərlərindən olan Murat Karayılanın tapşırığı ilə Türkiyənin İstanbul şəhərinə terror aktı törətmək üçün gələn “Seydo Botan Gever” ləqəbli Mehdi Mıhçı yaxalanıb.
 
Ednews xəbər veri ki, terrorçunun tutulmaıs ilə bağlı məlumatı daxili işlər naziri Süleyman Soylu açıqlayıb.
 
Nazir qeyd edib ki, Murat Karayılanın göstərişi ilə İrandan Türkiyəyə keçən “Seydo Botan Gever” kod adlı Mehdi Mıhçı PKK-nın "xüsusi təyinatlıları"nın üzvü olub, terorrçulara partlayışlarla bağlı təlim keçib.
 
Mehdi Mıhçı İstanbulda PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı saxta şəxsiyyət vəsiqəsilə yaxalanıb.
 
Terrorçu ilə birlikdə onunla cinayət əlaqəsində olan iki nəfər – Civan A. (26 yaş) və Kerem Ş. (43 yaş) saxlanılıblar.
 
Nazir uğurlu əməliyyat münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...