İranda jurnalist həbs edilib - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

İranda jurnalist həbs edilib

Dünya A- A A+

İranın İLNA xəbər agentliyinin Qəzvindəki əyalət ofisinin rəhbəri və "QəzvinTitr" xəbər saytının direktoru Mustafa Cəfəriyə iki il həbs və iki il media fəaliyyətindən kənarlaşdırma cəzası verilib.

Ednews-un məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntüsünə görə Qəzvin Tibb Elmləri Universitetinin şikayəti əsasında Mustafa Cəfəriyə qarşı cinayət iş açılıb və o, “yalan məlumat yaymaq” maddəsi ilə cəzalandırılıb.

Qeyd edək ki, “yalan məlumat yaymaq” adətən İran məhkəmələrində tənqidçilər, o cümlədən media fəalları tərəfindən tənqidi və ya ifşaedici ifadə, yazılara görə qaldırılan ittihamdır.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...