Hücum zamanı yaralanan britaniyalı yazıçı Salman Rüşdi süni nəfəs aparatından ayrılıb.
Ednews xəbər verir ki, bu barədə “Associated Press“ agentliyi məlumat yayıb.
Məlumata görə, yazıçı danışa və hətta zarafat edə bilir.
Rüşdinin vəziyyəti ilə bağlı başqa təfərrüatlar verilməyib.
***
Xəbər verdiyimiz kimi, hindəsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb. Onu Nyu-Cersi ştatının sakini 24 yaşlı Hadi Matar bıçaqlayıb.
Ednews-un məlumatına görə, xarici mediada polis tərəfindən saxlanılan cinayətkarın fotoları yayımlanıb.
Qeyd edək ki, hazırda yazıçı süni nəfəs aparatına qoşulub. O danışa bilmir, qaraciyəri zədələnib.
Rüşdi gözünü itirə bilər.