Zelenskidən Rusiyanın itkiləri ilə bağlı AÇIQLAMA - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Zelenskidən Rusiyanın itkiləri ilə bağlı AÇIQLAMA

Dünya A- A A+

Ukraynanın cənubunda Rusiya ordusunun qüvvə və vasitələri məhv edilib.

Ednews Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Donbasda şiddətli döyüşlər davam edir. Bu istiqamətdə cəbhənin ən qaynar nöqtələri dəyişməzdir - Avdeyevka, Marinka, Peski, Baxmut və bütün müvafiq istiqamətlər. Rusiya ora öz hərbi resurslarının sadəcə böyük bir hissəsini - artilleriya, texnika, insan göndərib. Oradakı bütün müdafiəçilərimiz sadəcə qəhrəmandır.

Xarkov vilayəti Ukraynanın güclü müdafiəsidir və işğalçıların hücum cəhdləri daim uğursuzluqla nəticələnir. Ölkənin cənubunda gedən mübarizə Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edilməsi ilə bağlı müjdə verir. Biz bir günü də boş yerə sərf etmirik", - deyə Zelenski döyüşlərlə bağlı son vəziyyəti açıqlayıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...