Avqustun 14-də İrəvanda yerləşən "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Verilən məlumata görə, partlayışa pirotexniki vasitələr səbəb olub.
Partlayışda ölənlərin sayı 6-ya çatıb. İtkin düşənlərin sayı 19-dur. 60-dan çox yaralı var. Yaralıların bəzilərinin vəziyyəti ağırdır.
Ednews xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyi isə bazarda baş vermiş partlayışın terror aktı olmasından söhbət gedə bilməcəyi barədə açıqlama yayıb.
Ölkədə terror təhlükəsi ilə bağlı yayılan xəbərlərə Milli Təhlükəsizlik Xidməti də münasibət bildirib. Qurumun bəyanatında qeyd olunub ki, terror təhlükəsi ilə bağlı xəbərlər cəmiyyətdə panikaya səbəb olub. Buna görə, belə xəbərlər yayarkən yalnız təsdiqlənmiş məlumatları dərc etmək vacibdir.
Milli Təhlükəsizlik Xidmətindən öz səlahiyyətləri çərçivəsində respublikada təhlükəsizlik vəziyyətinə tam nəzarət etdiyi bildirilib.
Qeyd edək ki, son günlər Ermənistanda ictimai yerlərə, eləcə də İrəvan metropoliteninin stansiyalarına partlayıcı qoyulması ilə bağlı xəbərlər yayılıb. Ötən gün "Surmalu" ticarət mərkəzindəki hadisədən sonra ictimaiyyət arasında narahatlığın artdığı bildirilib.