ABŞ-ın “Apple” şirkəti Rusiyanın “Rutube” videohostinqindən iOS əməliyyat sistemindəki əlavəsindən dövlət KİV-lərinin səhifələrini silməyi tələb edib.
Ednews xəbər verir ki, bu barədə “Rutube” servisi məlumat yayıb.
Bildirilir ki, “Apple” şirkəti iki həftə ərzində ya əlavəni yalnız rusiyalı istifadəçilər üçün açıq etməyi, ya da dövlət KİV-lərinin səhifələrini bağlamağı təklif edib. Əks halda, “Rutube” əlavəsi “Apple” əlavələr mağazasından silinəcək.
"Rutube” Rusiya KİV-lərinin səhifələrinə məhdudiyyət qoymağı planlaşdırmır. Eyni zamanda, servis artıq Rusiya, Qazaxıstan və Belarusdan başqa digər ölkələrin istifadəçiləri üçün girişi məhdudlaşdırıb.