İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Ednews xəbər verir ki, bu barədə "Suptnik Ermənistan" hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Axtarış-xilasetmə işləri başa çatdıqdan sonra bu barədə rəsmi açıqlama veriləcəyi bildirilib.
Qeyd edək ki, avqustun 14-də İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib.