İlon Mask “Twitter”ə qalib gəldi - MƏHKƏMƏ - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

İlon Mask “Twitter”ə qalib gəldi - MƏHKƏMƏ

Dünya A- A A+
“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask “Twitter” sosial şəbəkəsinə qarşı məhkəmədə qalib gəlib. Ednews “BBC”yə istinadən xəbər verir ki, “Twitter” spam hesablar və bot hesabları üzrə keçmiş baş menecerin fayllarını Maska təqdim edəcək. Milyarderin sosial şəbəkənin əldə edilməsi üçün irəli sürdüyü şərt bu idi. Qeyd olunur ki, şirkət artıq bu faylları ötürməyə başlayıb. Həmçinin bu həftə “Tesla” baş direktorunun vəkilləri “Twitter”ə qarşı iddia qaldırıblar. Belə ki, Mask şirkətdən ona istifadəçilərlə bağlı məlumatlar, eləcə də bu məlumatların toplanması və analizinə dair daha çox informasiya verilməsini tələb edir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...