Rusiya hökumətinin nümayəndə heyətini və jurnalistləri daşıyan "TU-214" təyyarəsi Çitaya məcburi eniş edib.
Ednews TASS-a istinadən xəbər verir ki, buna səbəb quşun təyyarənin mühərrik hissəsinə girməsidir.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, insident təyyarənin havaya qalxması zamanı baş verib. Bu səbəbdən mühərrik öz-özünə sönüb.