ABŞ qitələrarası ballistik raketini sınaqdan keçirib.
Ednews CNN-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Hücum Komandanlığı “Minuteman III” adlı raketin ikinci dəfə test edildiyini açıqlayıb.
Qeyd edək ki, nüvə başlığı daşıya bilən raket 6760 kilometr məsafə qət edərək Sakit okeanın mərkəzində yerləşən Kvajaleyn (Marşal adaları) yaxınlığındakı poliqondakı hədəfi vurub.
“Minuteman III” raketi 12 min kilometr məsafədə yerləşən hədəfləri vura bilər.