Türkiyə ilə Suriya sərhədində 22 terrorçu zərərsizləşdirilib.
Ednews xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Birecik-Şanlıurfa sərhədində iki qəhrəman silahdaşımızın şəhid olduğu terror hücumundan sonra bölgədə müəyyən edilmiş hədəfləri vurmağa davam edirik.
Ərazidə indiyədək 22 terrorçu zərərsizləşdirilib. Bizim əməliyyatlar intensivliyi azaltmadan davam edəcək”, - deyə nazirlikdən bildirlib.