Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüşdən sonra Ukrayna prezidenti açıqlama verib.
Ednews UNİAN-a istinadən xəbər verir ki, təxminən 40 dəqiqə çəkən görüşdən sonra Volodimir Zelenski Türkiyə prezidentinin səfərini yüksək qiymətləndirib.
“Ərdoğanın səfəri onun bizə dəstəyinin güclü göstəricisidir” deyə Zelenski bildirib.