Amerikada məşhur olan “Lancet Psychiatric Journal”-da dərc olunan yeni bir araşdırma, koronavirusa yoluxmuş xəstələrdə bir sıra nevroloji və psixiatrik vəziyyətlərin yaranma ehtimalının olduğunu təsdiqləyib.
Araşdırmada deyilir ki, COVID-19 olan insanlarda, digər tənəffüs yoluxucu infeksiyaları olanlarla müqayisədə iki il ərzində psixoz, demans, beyin dumanı kimi xəstəliklərin inkişaf riski daha yüksəkdir.
Qeyd edək ki, bundan əvvəl də bəzi tədqiqatlar COVID-19-un yolixmasından sonra xəstələrə müxtəlif ikinci dərəcəli təsirlər göstərdiyini aşkar etmişdi.
Bununla belə, tədqiqatlar göstərir ki, koronavirusun təsirləri xəstələrlə yanaşı, tibb işçilərinə də ciddi təsir edib.
Araşdırmaya görə, COVID-19 infeksiyası ilə əlaqəli yeni nevroloji vəziyyətlərin pandemiya keçdikdən uzun müddət sonra da davam etməsi ehtimalı yüksəkdir.