Hərbçilər Şimali Koreya liderinin çıxışını ağlayaraq izləyib - VİDEO - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Hərbçilər Şimali Koreya liderinin çıxışını ağlayaraq izləyib - VİDEO

Dünya A- A A+

Şimali Koreya lideri Kim Çen In COVID-19-la mübarizəyə cəlb olunmuş hərbçilərlə görüşüb.

Ednews  NTV-yə istinadən xəbər verir ki, Kim Çen In koronavirusla mübarizədə iştirak etmiş hərbçiləri qəhrəman adlandırıb.

Hərbi qulluqçular ölkə liderinin çıxışını alqış və göz yaşları içində izləyiblər.

Şimali Koreya lideri sonda onlarla xatirə fotosu çəkdirib.

Qeyd edək ki, bu il aprel ayının sonundan - Şimali Koreya Xalq Demokratik Respublikasında koronovirus pandemiyası elan olunandan ümumilikdə 4.77 milyon nəfər bu virusa yoluxub. Onlardan 99,99%-i sağalıb, cəmi 74 nəfər ölüb.

Şimali Koreya lideri Kim Çen In da COVID-19-a yoluxaraq sağalıb.

O, ötən həftə epidemiya əleyhinə müşavirədə ölkəsinin koronovirus infeksiyasına qalib gəldiyini bəyan edib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...