Türkiyənin Qaziantep əyalətində ağır zəncirvari qəza baş verib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd olunub ki, Qaziantep-Nizip avtomobil yolunda bir avtobus xilasedici, təcili tibbi yardım və ”İhlas” Xəbər Agentliyinin maşınına çırpılıb.
Nəticə 3-ü xilasedici, 2-si tibb işçisi və 2-si də mətbuat işçisi olmaqla, 15 nəfər həlak olub.