ABŞ-ın Federal Təhqiqatlar Bürosunun rəsmilərinin dediyinə görə, ölkədə biznes və fiziki şəxsləri hədəf alan kiberhücumlar son dərəcə geniş vüsət alıb.
Ednews ABŞ-ın wvlt.tv xəbər saytına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları 2021-ci ildə kibercinayətlərin 7% artdığını və potensial itkilərin 6,9 milyard dolları ötdüyünü bildirib.
Axtarışlara dair məsul şəxs olan xüsusi agent Joe Carrico (Co Karriqo), kiberhücumçuları tutmağa çalışarkən zamanın mühüm rol oynadığından söz açıb.
“İnternet cinayətləri ilə bağlı şikayət mərkəzimiz “Knoxville” yaxınlığında yaşayan kəslərin kiber aləmdə baş verən ən qatı fırıldaqlar və fəaliyyətlər haqqında məlumat alması üçün bir vasitədir”.
Co Karriqo, həmçinin bildirib ki, belə cinayət halları baş verdikdə onu aşkar etmək üçün zaman hər şey deməkdir: “Kimsə kibercinayət barədə nə qədər tez məlumat verərsə, itginin bərpası şansı bir o qədər yüksəkdir”.
FTB-nin 2021-ci il kibercinayətkarlıq haqda illik hesabatında qeyd edilir ki, 60 və daha yuxarı yaşlılar bu cinayətlərin qurbanı olub və təxminən itgilər 1,68 milyard dollar təşkil edib.
Ekspert həmçinin kiberhücumların ən çox anonim və ya yalançı mesajlara cavab vermək və oaradakı şübhəli linklərə daxil olmaqla baş verdiyini deyib.
Elnur Ənvəroğlu