“Laçın rayonunun Sus kəndindəki bütün erməni ailələri köçüb, sadəcə 1 erməni qalıb”.
Ednews erməni mətbuatına görə, bu fikirləri qanunsuz şəkildə kənddə yaşayan Mxitar Nersisyan səsləndirib.
Onun sözlərinə görə, kənddə qalan erməni ayın 25-dək ərazini tərk edəcək.
Nersisyan, həmçinin Laçın rayonunun Zabux kəndinin tamamilə boşaldıldığını da qeyd edib.