ABŞ-ın yoluxucu Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına görə, Meymunçiçəyi virusu ABŞ-ın 50 ştatını bürüyüb. Məlumatda deyilir ki, bazar ertəsi günü virus sonuncu olaraq Vayominq ştatında aşkarlanıb.
Ednews "CGTN" xəbər saytına istinadən bildirir ki, adı çəkilən ştatın səhiyyə əməkdaşları Laramie qraflığında bir yerli sakində ilk meymun çiçəyinin olduğunu qeydə alıb.
Bazar ertəsi günortadan sonra saat 14:00-a olan tibbi statistic məlumatlar göstərdi ki, ABŞ-da 15,433 təsdiqlənmiş meymunçiçəyi və ortopoxvirus aşkarlanıb. ABŞ-ın böyük şəhərlərindən olan Nyu-Yorkda yoluxanların sayı 2,910 olub.
Avqustun əvvəlində ABŞ hökuməti Ümumdünya Səhiyyə Təşkilatının epidemiyanı qlobal fövqəladə hal kimi bəyan etməsindən təxminən bir həftə sonra meymunçiçəyini fövqəladə vəziyyət elan edib.
Elnur Ənvəroğlu