Aralıq dənizində NATO qüvvələri çərçivəsində növbətçi uçuş həyata keçirən Türkiyənin F-16 qırıcı təyyarələri digər NATO üzvü Yunanıstan F-16-ları tərəfindən radar kilidi ilə təcavüzə məruz qalıb.
Ednews "Milliyet.com.tr"-yə istinadən xəbər verir ki, Yunanıstanın türk qırıcılarına radar kilidi qoymasından dərhal sonra lazımi cavab verildiyi və yunan təyyarələrinin bölgədən çıxarıldığı vurğulanıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən məsələnin NATO səlahiyyətlilərinə çatdırıldığı bildirilib.
Həmçinin, Ankaradakı yunan hərbi ataşe sözügedən nazirliyə çağırılıb və ona Yunanıstanın bu davranışının NATO missiyasını təhlükə altına adlğı çatdırılıb. Bir daha qeyd edilib ki, Yunanıstan bölgədə gərginliyi artırmağa çalışır.