Belçika xəstəxanaları Avropada bir ilk olaraq insan toxumalarının xəstəxanalararası çatdırılması zamanı dronlardan istifadəyə başlamağı planlaşdırırlar.
Ednews "ShineCn"-a istinadən xəbər verir ki, dronlar ZNA xəstəxanalar qrupunun Antverpen binasından havaya qalxaraq GZA qrupunun Sint-Aquustus sahəsinin damına enmək üçün 800 metr yol qət edib.
Qurğunun altında xərçəng hüceyrələrinin sınaqdan keçirilməsi üçün iinsan toxumaları yerləşdirilib. İlk sınaq uçuşu daxil olmaqla daha 4 uçuş da həyata keçirilib.
Qeyd edək ki, Helicus Avropada pilotsuz təyyarələrdən tibbi məqsədlər üçün yeganə şirkətdir.
Belçikanın SABCA firması tərəfindən istehsal olunan dronların 2024-cü ilə qədər fəaliyyət göstərməsi nəzərdə tutulub.
Helicus-un baş icraçı direktoru Maykl Şamim AFP-yə açıqlamasında sürətli logistika sisteminə ehtiyac olduğunu deyib.
Dronlara nəqliyyatın gecikməsi və yolların bağlanması təsir göstərmir, buna görə də onların xəstəxana müəssisələri arasında birbaşa marşrutları daha sürətli və proqnozlaşdırıla bilən olur.
Antverpendəki iki böyük xəstəxana qrupu, ZNA və GZA, ildə əməliyyat zamanı çıxarılan 1200 toxuma nümunəsini idarə edirlər.
Hazırda nümunələr şəhərin dörd laboratoriyasına taksi ilə aparılır.
Nəzrin Beydiyeva