Ukraynada hazırda Rusiyanın işğalı altında olan şəhərin Kreml tərəfindən təyin edilmiş meri avtomobil partladılması nəticəsində öldürülüb.
Ednews xəbər verir ki, ötən gün Azadlıq Radiosunun verdiyi məlumata görə, Mixaylivka şəhərinin meri təyin edilən İvan Suyşko, avtomobilində gizlin yerləşdirilmiş bombanın partlaması nəticəsində dünyasını dəyişib. Yaralı xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İvan Suyşko, altı ay əvvəl prezident Vladimir Putinin göstərişi ilə işğal olunmuş Ukraynada rəsmi Moskva tərəfindən təyin edilmiş sonuncu məmurdur.
Elnur Ənvəroğlu