İranla nüvə danışıqları: - Amerika İranın bütün əlavə şərtlərini RƏDD ETDİ - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

İranla nüvə danışıqları: - Amerika İranın bütün əlavə şərtlərini RƏDD ETDİ

Dünya A- A A+
Amerika Avropa İttifaqının Hərtərəfli Birgə Fəaliyyət Planını bərpa etmək üçün təklif etdiyi saziş layihəsinə dair İranın şərhlərinə cavab olaraq Tehranın bütün əlavə tələblərini rədd edib.
 
Ednews xəbər verir ki, bu barədə Azad İran teleqran kanalında məlumat yayılıb.
 
Məlumatda qeyd olunur ki, Amerika İranda uranın zənginləşdirilməsi səviyyəsinin 4%-i (2015-ci ildə İranın nüvə sazişinə uyğun olaraq uranın zənginləşdirilməsinə icazə verilən səviyyə 3,67%-dir) ötməməsində israrına davam edir.
 
Bundan əlavə, Amerikann cavabında Atom Enerjisi üzrə Beynəlxalq Ajansın müfəttişlərinə İranın nüvə obyektlərinə maneəsiz girişin təmin edilməsi tələbi yer alır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...