Rusiyada son sutka ərzində 47 093 nəfər koronavirusa yoluxub.
Ednews xəbər verir ki, ötən gün 46 452 yoluxma qeydə alınmışdı.
Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 19,35 milyon nəfəri keçib.
Eyni zamanda, son sutkada 90 nəfər koronavirusun qurbanı olub. Bu, iyunun 26-dan sonra ən yüksək göstərici olub.