Elektron siqaret partladı, ayağı yandı - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Elektron siqaret partladı, ayağı yandı

Dünya A- A A+

Şotlandiyanın Kilmarnok şəhərinin sakini Bleyr Ternbull elektron siqaretin partlaması nəticəsində 3-cü dərəcəli yanıq alıb.

Ednews bildirir ki, bu barədə "Daily Record" məlumat yayıb.

Hadisə kişinin atası ilə birlikdə gəldiyi barda baş verib. 26 yaşlı Ternbull elektron siqaretin olduğu cibindən tüstü çıxdığını görüb. Kişi əlini cibinə salanda cihaz qəfildən partlayıb.

Ternbull yanğını söndürmək üçün insanların gözü qarşısında tez şalvarını çıxarmalı olub. Elektron siqaret onun şalvarında deşik açıb və kişinin ayağında ağır yanıq izi buraxıb. "Yanıqlar o qədər şiddətlidir ki, vətərlərinə qədər gedib çıxıblar", - kişi deyib.

Ternbull təcili olaraq xəstəxanaya çatdırılıb, orada həkimlər onun yaralarını akkumulyator turşusu və siqaret yağından təmizləyiblər. Yaranın sağalması üçün bud nahiyəsindən dəri transplantasiyası tələb olunub.

Cihaz onun ayağından əlavə Ternbulun qolunu da yandırıb. "Orta barmaqdan başqa bütün barmaqlarda qabarcıqlar var idi və ovucda üç-dörd böyük qabarcıq var idi", - kişi deyib.

Ternbull deyib ki, bir daha cibinə elektron siqaret qoymayacaq. Kişi həmçinin insanları onun səhvini təkrarlamamağa və yanlarında elektron siqaret saxlamamağa çağırıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...