Çinin cənub texnologiya mərkəzi Şenjen, dünyanın ən böyük elektronika topdansatış bazarının yerləşdiyi Huaqiangbei bölgəsini pandemiya ilə bağlı qapatdı. Bu, Çində yenidən yaranan pandemiya ilə bağlı yerli hakimiyyət orqanlarının qabaqlayıcı tədbirləri ilə bağlıdır.
Ednews xəbər verir ki, səhər açılınca bölgənin bütün tacirləri bazarın bağlandığını görərək son dərəcə həyrətləniblər.
Qeyd edək ki, bölgənin ən böyük mobil operatorlarından biri olan “Huaqiang Electronics World” qapanma müddətində bütün işçilərinə evdən işləməyi tövsiyyə edib. Bundan əlavə şirkətin əməkdaşları hər gün xüsusi testdən keçməli olacaqlar.
Elnur Ənvəroğlu