Rusiya qüvvələri Ukraynanın Nikolayev şəhərinə zərbələr endirib, ölənlər var - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Rusiya qüvvələri Ukraynanın Nikolayev şəhərinə zərbələr endirib, ölənlər var

Dünya A- A A+
Rusiya hərbi qüvvələri Ukraynanın Nikolayev şəhərinə zərbələr endirib, ölənlər var. Ednews-a "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Oleksandr Senkeviç və regional hərbi administrasiyanın rəhbəri Vitali Kim bildirib. Verilən məlumata görə, Rusiya qüvvələrinin şəhərdəki bir neçə yaşayış binasına endirdiyi zərbələr nəticəsində 2 mülki şəxs həlak olub, 11 nəfər yaralanıb. Vitali Kim vətəndaşları sığınacaqlarda qalmağa çağırıb. "Düşmən yenidən zərbə endirməyə hazırlaşır. Hər kəsdən xahiş edirəm ki, sığınacaqlarda qalmağa davam etsinlər. Avtomobillərdə səyahət etməyin".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...