İran dövləti nüvə silahı əldə etmək niyyətində olmadığını açıqlayıb.
Ednews “Sincua” istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti İbrahim Rəisi mətbuat konfransında açıqlamsı zamanı bildirib. O, həmçinin qeyd edib ki, İran nüvə silahı yaratmaq niyyətində olmasa da, onun texnologiyasından mülki məqsədlər üçün istifadə edəcək.
“Nüvə sənayesi və potensialı İran xalqının hüququdur və biz dəfələrlə demişik ki, nüvə silahının İslam Respublikasının doktrinasında yeri yoxdur”.
O, həmçinin əlavə edib ki, İran nüvə texnologiyasından kənd təsərrüfatı, neft, qaz, tibb və bir çox digər mülki sektorlarda istifadə etməyi nəzərdə tutub.
Rəisinin sözlərinə görə, İran höküməti nüvə silahının inkişafı ilə bağlı mövqeyini dəfələrlə bəyan ediblər. Ölkə başçısı nitqi zamanı İsrail dövlətini də qınayıb. Onun sözlərinə görə, yəhudi dövləti İranın nüvə qabiliyyətinə və müvafiq biliklərə çıxışına mane olmaq istəyir.
“Bu gün bu araşdırmalar tam formalaşıb. Bu biliklər heç bir halda İran dövlətindən alına bilməz”.
Günay Babayeva