Avropa İttifaqı elektrik enerjisi bazarında sürətlə artan qiymətlərə qarşı təcili hərəkətə keçməyi planlaşdırır.
Ednews xəbər verir ki, Avropa İttifaqı komissiyasının sədri Ursula von der Leyen Sloveniyada keçirilən Bled Strateji Forumunda Avropadakı enerji böhranından danışıb.
O, Avropada Rusiyanın qalıq yanacaq dövrünün bitdiyini enerji şantajından qurtulacaqlarını və qlobal qaydaları daha güclü şəkildə müdafiə edəcəklərini bildirib.
Elektrik enerjisi bazarının fərqli şərtlər və məqsədlər üçün inkişaf etdirildiyini xatırladan von der Leyen, Avropa elektrik bazarına təcili reaksiya verməyə hazırlaşdıqlarını bildirib.
Günay Babayeva