İsrail polisi bazar günü İsrailin şimalındakı Ərraba şəhərində toy şənliyini dağıdıb və fələstinli gəlini saxlayıb.
Ednews xəbər verir ki, gəlinin vəkili Şadi Tabbah deyib ki, polis məhkəmə qərarı ilə Ərrabada olması qadağan edilən bəyin orada olmasından səhvən şübhələnib.
Sosial şəbəkələrdə İsrail qüvvələrinin gəlini həbs etməsinin videosu geniş yayılıb.
Etibarlı mənbələrin verdiyi məlumata görə, polis çaxnaşma yaratmaq üçün gözyaşardıcı qumbaralardan istifadə edib və gəlini gəlinlik geyimindəcə toy yerində həbs edib.
Elnur Ənvəroğlu