Fransada enerji böhranı dərinləşir.
Ednews xəbər verir ki,fransız enerji ötürücü firması "Engie" iki şirkət arasındakı müqavilədəki mübahisə səbəbiylə "Qazprom"-un verdiyi qazın miqdarını azaldacağını açıqlasa da,Rusiyanın 3 günlük ara verdiyi qaz axınına yenidən başlamayacağına dair narahatlıqlar artır.
“Qazprom”-un daha əvvəl elan etdiyi “Şimal axını” boru kəmərini 31 avqust- 2 sentyabr tarixləri arasında texniki xidmət üçün bağlanmasının yaratdığı təzyiq Avropada davam etsə də,Rusiyanın hazırda 20 faiz gücündə işlədiyi xəttin heç vaxt açılmayacağı ilə bağlı narahatlıqlar artır.
İki şirkət arasındakı mübahisənin təfərrüatları "Engie"-nin verdiyi açıqlamada yer almayıb.
Morninqstar analitiklərinə görə,Ukrayna müharibəsinin başlaması ilə “Qazprom”-dan verilən qaz əvvəlki il ilə müqayisədə 20 faiz azalaraq ayda 1,5 teravatt/saata enib,halbuki 2021-ci ildə bu rəqəm 121 teravatt/saat olub.
Günay Babayeva