"Rusiya Türkiyənin Moskva və Kiyev arasında sülh danışıqlarına verdiyi töhvələri yüksək qiymətləndirir".
Ednews xəbər verir ki, bu sözləri Rusiyanın Ankaradanı səfiri Aleksey Yerxov Yeni Safaq-a müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində Türkiyənin sülh ilə bağlı təşəbbüslərini inkar etmək olmaz. O, Moskvanın Türkiyə diplomatiyasının iki dövlət arasında danışıqların bərpasında müsbət rol oynayacağını ümid edir.
“Türkiyə və onun rəhbərliyinin Ukraynada münaqişənin danışıqlar yolu ilə nizamlanması üçün göstərdiyi səylər təqdirəlayiqdir. Ankara bu istiqamətdə yorulmadan çalışır və ümumilikdə uğur qazanır. Üç ölkənin xarici işlər nazirinin Antalya görüşünü və İstanbul Dolmabaxça sarayındakı danışıqları xatırlamaq kifayətdir. O danışıqlarda əhəmiyyətli irəliləyişlər əldə olunub. Biz bilirik ki, hətta yüksək qiymətləndiririk ki, Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu daim vurğulayır, - səfir vurğulayıb.