Prezident Vladimir Putin Rusiyanın Avropadakı yarım eksklavı olan Kalininqrad vilayətinə gedib.
Ednews.net xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Putinin səfər proqramının əsas hissəsi Bilik Gününə həsr olunub. Belə ki, dövlət başçısı Ümum-Rusiya Uşaq və Gənclərin İctimai-Dövlət Hərəkatının Müşahidə Şurasının üzvlərinin ilk təkbətək görüşünü keçirəcək.
O, həmçinin muzeyə və teatr tədris kompleksinə baş çəkəcək, mədəniyyət, incəsənət, elm və idman sahələri üzrə olimpiada və müsabiqələrin qaliblərinin iştirak edəcəyi “Vacib məsələlər barədə söhbət” adlı açıq dərs keçəcək.
Eyni zamanda Tacikistan Prezidenti Emoməli Rəhmonla birlikdə Putin videobağlantı vasitəsilə Mərkəzi Asiya ölkəsində rus dilində tədris olunan beş ümumi təhsil məktəbinin təntənəli açılışında iştirak edəcək.