Türkiyə Futbol Federasiyasının İstanbuldakı baş ofisinə hücum olub.
Ednews-un NTV-yə istinadla xəbərinə görə, axşam saatlarında binaya odlu silahdan atəş açılıb.
Polisin məlumatına görə, binaya 7 güllə atılıb. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.