El Salvadorda ənənəvi “Atəş topu” festivalı keçirilib.
Ednews xarici mediaya istinadən verir ki, paytaxt San Salvador yaxınlığındakı Nejapa qəsəbəsində 1658-ci ildə baş verən vulkan püskürməsini anmaq üçün bir araya gələn insanlar “Atəş topu” adlanan festivalda yandırdıqları od topları ilə əyləniblər.
Festivala yaş paltar və əlcəklə hazırlaşan qəsəbə sakinləri bir-birinə yanan parça atıblar. Lakin nəm paltarlar alovdan qorunmaq üçün kifayət etməyib.
Festivalda yüngül yanıq xəsarətləri ilə yüzdən çox insana tibbi yardım göstərilib.
Günay Babayeva