İranın Abadanda yerləşən neft emal zavodunda güclü partlayış səsi eşidilib.
Ednews.net xarici mediaya istinadən verdiyi xəbərə görə, Abadan neft şirkətinin rəsmisi iddia edib ki, partlayış səsi emal prosesində sobada oksigenin yanması ilə əlaqədardır və heç bir xəsarət, dağıntı yoxdur.
Günorta saatlarında Abadan əhalisi partlayış səsindən vahiməyə düşərək küçələrə axışıb.
Qeyd edək ki, son illərdə İranın neft emalı müəssisələri, nüvə təsisatları və raket sənayesi komplekslərində çoxlu partlayışlar baş verməkdədir və İran rəsmiləri bunu qəza adlandırır.
Xatırladaq ki, İranın yanacağa olan tələbatının 25%-ni təmin edən Abadan neft emalı zavodu ölkənin ən böyük və köhnə zavodlarından biridir. Zavod 1912-ci ildə istifadəyə verilib.